Kesar kəsiyi haqda bütün cavablar bu yazıda –


Digərləri 22 Dek 2018 22:40:00 570 0

Kesar kəsiyi haqda bütün cavablar bu yazıda –

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının ikinci mama-ginekologiya şöbəsinin müdiri Turab Canbaxışovun kesar kəsiyi haqda məqaləsini təqdim edirik.

Təbii (vaginal) yolla doğuşu mümkün olmayan və ya bu doğuş üçün tibbi əks göstərişi olan hamilələrə cərrahi əməliyyat tətbiq olunur. Qarnın ön divarı və uşaqlıq əzələsi kəsilərək döl xaric edilir. Bu əməliyyatın terminologiyası latın dilindən "cesarean" - kesar olaraq bilinib və hər nə qədər də Yuliy Sezarın adı ilə əlaqələndirilsə də, tibb tarixi bunun doğru olmadığını sübuta gətirir. Bəzi məlumatlara görə, Yuliy Sezar məhz bu prosedura ilə dünyaya gəlibmiş və onun yaşadığı dövrdə bu cür əməliyyatlar ananın ölümünə səbəb olurdu (antibiotiklərin və sterilizasiyanın olmaması səbəbindən). Ancaq Y.Sezarın səyahətlərində anası Aureliyanın yanında olduğunu göstərən tarixi faktlar bu nəzəriyyəni təkzib edir. Cərrahi doğuşun adında latınca "caedare" - kəsmək və "section" - hissə sözlərindən istifadə edilməsi fərqli ədəbiyyatlarda qarşımıza çıxmaqdadır. Azərbaycan ədəbiyyatında bu cərrahi doğuşun adı "kesar" və ya "qeysəriyyə" əməliyyatı kimi keçir.

Hansı hallarda kesar əməliyyatı tətbiq edilməlidir?

- Körpənin başı ilə hamilənin çanağı (pelvis) arasında uyğunsuzluq olduqda

- Uşaqlığın yığıla bilmədiyi hallarda

- Plasentanın yerləşmə anomaliyası (Plasenta previa) olduğu hallarda

- Plasentanın vaxtından qabaq (Ablasyo plasenta) ayrılması hallarında

- Körpənin duruşunun doğuş üçün münasib olmaması (çanaq gəlişi kimi)

- Hamiləlik hipertenziyası - toksemiyası (Preeklampsiya və eklampsiya)

- Fetal distres (körpədə sıxıntı vəziyyəti)

- Göbək ciyəsinin düşməsi (Kord prolapsusu)

- Diabet

- Qan uyğunsuzluğu (Eritroblastozis fetalis)

- Uşaqlıq boynu xərçəngi (serviks xərçəngi)

- Uşaqlıq boynu distosiyası

Hansı hallarda kesar əməliyyatı tətbiq edilməməlidir?

- Ən əsası, kesar əməliyyatına ehtiyac olmayan bütün hallarda

- Qarın divarında infeksiya olduqda

- Ölü körpə (fetus) olduqda kesar əməliyyatı mümkün olduğu qədər tətbiq edilməməlidir

Kesar əməliyyatının tətbiq edilməsi üçün aparılan hazırlıq prosesində nələr edilir?

- Ultrasəs ilə fetusun təxmini çəkisi, vəziyyəti və ciftin yerləşməsi təyin edilir.

- Qanaxma riski olan hallarda (aktiv qanaxma, HELLP sindromu, hamiləlik zəhərlənməsi, qanaxma pozuntuları) əvvəlcədən qan hazırlanır.

- Damar yolunun açılması, maye verilməsi kimi əməliyyatdan qabaq hazırlıqlar görülür.

Kesar əməliyyatı hansı mərhələlərdən ibarətdir?

- Damar yolundan profilaktik (qoruyucu) antibiotik verilməsi (xüsusilə dölyanı maye vaxtından qabaq axdıqda, doğuşun dövrləri uzun çəkərsə, maşa tətbiqi uğursuz olarsa).

- Anesteziya (ümumi, spinal və ya epidural anesteziya) tətbiq edilməsi.