PKK Avropanı İŞİDçilərlə hədələdi


Dünya 22 Dek 2018 22:11:00 325 0

PKK Avropanı İŞİDçilərlə hədələdi

ABŞ-ın Suriyadan çəkilmək barədə qərarından sonra YPG terrorçuları Avropanı İŞİD-çiləri azadlığa buraxmaqla hədələyib.

Son.az axar.az-a istinadən bildirir ki, özlərini Suriya Demokratik Qüvvələri adlandıran PKK üzvləri İlham Əhməd və Riad Dirar dəstək almaq üçün Fransaya səfər edib. Terrorçular Fransa Prezidenti Emmanuel Makronla görüşmək istəsələr də, buna nail ola bilməyiblər. PKK-çılar bunun əvəzində Makronun məsləhətçiləri ilə görüşüblər. Görüş barədə Fransanın "Le monde" qəzetinə açıqlama verən PKK nümayəndəsi Əhməd İlham vəziyyətdən narahat olduqlarını söyləyib:

"Həmsöhbətlərimizə ABŞ-ın Suriyadan çəkilməsinin nəticələri ilə bağlı qorxduğumuzu dedik və onlarla bunun İŞİD-ə qarşı mübarizədə mənfi nəticələrini incələmək istədik. Artıq həbsxanalarımızı yoxlamayacağıq və Fransa daxil olmaqla Qərb ölkələri adına orada saxladığımız yüzlərlə İŞİD-çinin qaçmasından qorxmaq məcburiyyətində qalacağıq. Müttəfiqlərimiz anlamalıdır ki, geri çəkilmələrindən dolayı torpaqlarımızı itirsək, yad terrorçuları özümüzlə birgə aparmayacağıq. Onlar (fransızlar) diplomatik səviyyədə səy göstərəcəklərini deyirdilər. Amma konkret addım atılmayıb".