İranın enerji birjasında neft 100% rialla ödənilə bilər


Digərləri 22 Dek 2018 21:53:59 546 0

İranın enerji birjasında neft 100% rialla ödənilə bilər

"İranın enerji birjasında neft müştəriləri neftin pulunu 100% rial şəklində ödəyə bilərlər"

Bakı. Elnur Bağışov - İranın enerji birjasında neft müştəriləri neftin pulunu 100% rial şəklində ödəyə bilərlər. Bu sözləri İran parlamentinin iqtisadiyyat komissiyasının rəhbəri Məhəmməd Rza Puribrahimi deyib. Onun sözlərinə görə, xam neftin satışı ilə bağlı pulun ödənməsinin sadələşdirilməsi üçün Neft Nazirliyi bir təklifi Ali İqtisadi Koordinasiya Şurasına gətirdi və lazımi araşdırmalardan sonra razılıq əldə olundu ki, enerji birjasında xam neftin pulunun 100% rialla ödənilməsi üçün şərait nəzərdə tutulsun və beləliklə müştərilər üçün yeni imkan yaradılsın. İran parlamentinin rəsmisi əlavə edib: "İranla iqtisadi dövriyyəsi olan xarici ölkələrin səfirlərinin bir neçəsi ötən bir ay ərzində enerji birjasında İranın Milli Neft Şirkətinin icraçı direktoru və üzvləri ilə bir neçə iclas keçirib və birja vasitəsi ilə neftin satın alınması haqda razılaşmalar əldə olunub".