İlk görüşdə onu hara aparardınız?


Digərləri 22 Dek 2018 21:50:00 790 0

İlk görüşdə onu hara aparardınız?

Araşdırmalara görə, kişi və qadınların bir çoxu  ilk görüşdə sevgiyə inanır. İlk görüş üçün kişilər daha tələskən, qadınlar daha çox danışan olurlar. Telefonla çox maraqlanmaq isə hər iki tərəf üçün də mənfi haldır. İlk görüşdə qarşınızdakı insana mənfi təsir etmək istəmirsinizsə, bu təkliflərə diqqət edin.

- Kişi və qadınların çoxunu online tanış olduğu biri ilə ilk görüşün nə qədər müddət sonra olması maraqlandırır. Araşdırmalar internetdə tanış olan kişilərin daha tələskən, qadınların isə daha təmkinli olduğunu ortaya çıxarıb.

- Kişilərin 90%-i tanış olduqdan sonra görüşmək üçün 1 həftədən az müddət keçməsinin kafi olduğunu, qadınların 90%-i isə 1 aydan çox zaman keçməsi lazım olduğunu düşünür.

- İlk görüşdə mənfi hiss yaradacaq 3 məqam soruşulduqda iştirakçıların yarısı qarşısındakının telefonu ilə maraqlanması, süni və çoxbilmiş rəftarlar sərgiləməsini deyib. Qalan 30%-i soyuq və səssiz rəftarlar, dar dünyagörüş və kaprizli şəxsiyyətin itələyici olduğunu dilə gətirib. 20% isə lazım olduğundan çox səmimiyyət, kobud danışıq üslubu və yemək yemə formasını nümunə gətirib.

- "İlk görüşdə sizə müsbət təsir edəcək 3 məqam hansıdır?" sualına iştirakçıların yarısı "gülümsəmə, baxımlı olma və danışma tərzi", - deyə cavab verib. 20%-i baxışların, əxlaqlı və özündən əminliyin əhəmiyyətli olduğunu dilə gətirib. 20% isə baxışlarla yanaşı, geyim tərzi və gözəl qoxunu bildirib.

- İlk görüşdə hesabın kimin ödəməsinə gəlincə, iştirakçıların 90%-i həmfikir olaraq eyni cavabı verib - "kişilər".

- Kişi iştirakçıların 80%-i ilk görüşdə qadının evdən götürülməsinin uyğun olmadığını, 20%-i qadın istərsə, onu evindən götürə biləcəyini deyib.