3200 İŞİDçi azad edilir


Dünya 22 Dek 2018 21:19:00 411 0

3200 İŞİDçi azad edilir

PKK/YPG terror təşkilatı Suriyadan çəkiləcəyini açıqlayan ABŞ-ı təhdid edib.

Son.az publika.az-a istinadən xəbər verir ki, terror təşkilatı ABŞ qoşunlarının Suriyadan çəkiləcəyi halda, həbsxanalarda olan minlərlə İŞİD döyüşçüsünü saxlaya bilməyəcəyini açıqlayıb.

Daha əvvəl ABŞ-ın "New York Times" nəşrinin yazdığına görə, ABŞ Suriyadan çəkiləcəyi halda, terror təşkilatının nəzarəti altında olan 7 həbsxanadakı 3200 İŞİD döyüşçüsünün sərbəst buraxılması müzakirə edilir.

Xatırladaq ki, dekabrın 12-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Müdafiə Sənayesi Zirvəsində çıxışında Türkiyə ordusunun yaxın bir neçə gün ərzində Suriyada Fərat çayının şərqində terror təşkilatlarına qarşı əməliyyata başlayacağını bəyan etmişdi.