Sürüşmə sahələrində vəziyyət necədir?


Digərləri 22 Dek 2018 21:14:00 375 0

Sürüşmə sahələrində vəziyyət necədir?

"Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri Bakıdakı sürüşmə sahələrində monitorinqləri davam etdirirlər. Tədqiqatların nəticələrinə görə, son günlər yağan yağış nəticəsində bəzi sürüşmə ərazilərində prosesin dinamikasında nisbi fəallıq müşahidə edilib".

Son.az azvision.az-a istinadən xəbər verir ki, bu barədə nazirliyin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov məlumat verib.

ETSN rəsmisi bildirib ki, Səbail rayonunun Badamdar sürüşmə sahəsində yamacın yuxarı hissəsində uçqun töküntü prosesinin əlamətlərinə rast gəlinib.