Kakao depressiyanın qarşısını alır


Digərləri 22 Dek 2018 21:05:00 599 0

Kakao depressiyanın qarşısını alır

Kakao paxlasından yağ aldıqdan sonra qalan jmıx üyüdülür və ondan kakao tozu əldə edilir.

Kakaoda teobromin maddəsi var ki, bu da ürək-damar və əsəb sisteminə oynadıcı təsir göstərir. Süd, qaymaq və başqa xammalların qatılması isə içkinin qidalılıq dəyərini artırır. Mütəxəssislərin fikrinə görə isə, soyuq fəsillərdə kakaonun istehlakı orqanizm üçün çox faydalıdır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, İngiltərənin Redinq Universitetinin alimləri apardıqları araşdırmalar nəticəsində kakaonun bağırsaqlarda faydalı bakteriyaların çoxalmasını stimullaşdırdığı və iltihabı azaltdığı qənaətinə gəliblər. Nəticədə isə immun sistemi möhkəmlənir.

Lakin kakaonun orqanizmə olan faydası bununla bitmir. Belə ki, onun sinir sisteminə müsbət təsir etdiyi də bir daha sübut edilib. Kakaonun tərkibində olan maddələr, həmçinin neyronların bərpasını stimullaşdırır, onların arasında olan əlaqələri bərpa edir.