Bu əşyaların son istifadə tarixini bilirsiniz?


Digərləri 22 Dek 2018 20:20:00 343 0

Bu əşyaların son istifadə tarixini bilirsiniz?

Elə əşyalar var ki, mütəmadi olaraq onlardan istifadə edirik. Lakin istifadə müddətlərini nəzərə almırıq. Halbuki əşyaşların da ömrü var. Son istifadə tarixini bilmədiyiniz əşyalarla sizi tanış edirik. Əgər hələ də onları istifadə edirsinizsə, ya tullayın, ya da yenisi ilə əvəz edin.

Fırça daraq

Fırça daraqlarınızı həftədə bir dəfə təmizləyin, ildə bir dəfə isə dəyişdirin.

"Traynik"

1-2 il istifadə müddəti var. Xüsusən də çoxgözlü "trayniklərin" də gücünün bitdiyi vaxt var. Əgər həmin müddəti keçsəniz, problemlər yarana bilər.

Duş sürtgəci

Hamamda çimən zaman istifadə etdiyiniz, duş sürtgəci 6 aydan sonra dəyişdirilməlidir. Lakin onların ömrünü uzatmaq istəyirsinizsə, mütəmadi olaraq qaynadın. Bakteriyaları bu formada öldürə bilərsiniz.

Ətir

Təbii yağ tərkibli ətirlər qapalı formada mühafizə edildikdə 3 il, açıq saxlandıqda 2 ilə qədər qala bilər.

Dəsmallar

1-3 il arası müddətdə yeniləmək lazımdır. Bakteriya yığmaq qabiliyyəti çox olan nəm dəsmalları yumaq lazımdır.

Yastıq

2-3 ildən sonra yastıqlar dəyişdirilməlidir. Yastıqlar evdəki tozu özünə hopdurur. Müəyyən müddətdən sonra formaları dəyişdiyi üçün boynu da ağrıda bilər.

Diş fırçası

3 aya qədər istifadə müddəti var. Diş fırçalarını sadəcə köhnəldikdə deyil, qrip və soyuqdəymə problemi yaşadığınız vaxtdan sonra dəyişdirməlisiniz. Əks təqdirdə yenidən xəstələnə bilərsiniz.

Ev çəkməsi