9 xəstəliyi müalicə edən sadə həb Əməliyyatdan sonra sümükləri,


Digərləri 22 Dek 2018 20:27:00 667 0

9 xəstəliyi müalicə edən sadə həb  Əməliyyatdan sonra sümükləri,

Spurilin bitki kimi fotosintez etmək qabiliyyətinə malik sianobakteriyadır.

Son.az medicina.az-a istinadən bildirir ki, qida mütəxəssisi Roberto Navarronun fikrincə, aşağı kalorili dieta saxlayan insanlar əlavə qida kimi bu həblərdən istifadə etməlidirlər. Adətən bu həb ağır əməliyyat keçirən xəstələrin bərpası üçün təyin edilir.

İştahı azaldır

Spirulinin tərkibində fenilallanin var ki, bu maddə insanda doyma hissi yaradır. Yeməkdən əvvəl qəbul edildikdə, mədədə gel əmələ gətirir ki, bu da aclıq hissini aradan qaldırır.  

Zülalla zəngindir

Tərkibi 53-62% zülaldan ibarətdir. Həmçinin orqanizmin sintez edə bilmədiyi əvəzolunmaz amin turşuları ilə də zəngindir. Çox hallarda idmançıların qidasına əlavə kimi təyin edilir.

Güclü antioksidantdır

3 qr spirulinin tərkibində 5 pay meyvə və tərəvəzin tərkibində olduğundan çox antioksidant olduğu məlumdur.