Gecə qorxunc yuxular görürsünüzsə…


Digərləri 22 Dek 2018 20:15:00 620 0

Gecə qorxunc yuxular görürsünüzsə…

Bir nəfər Həzrət Peyğəmbərə (s) mücariət edərək dedi: "Ya Rəsulallah! Xeyli vaxtdır ki, gecə rahat yata bilmirəm, yuxuda tez-tez səksənir və qorxuram. Cinlər, şeytanlar mənə rahatlıq vermirlər. Bəzən də məni qara basır. Bu vahimələrdən yaxa qurtarmaqda mənə yardım et".

Həzrət Məhəmməd (s) buyurdu: "Yatmazdan əvvəl bu duanı oxu: "Bismillah əuzu bikəlimatillahit-təmmati min qəzəbihi və iqabihi və şərri ibadihi və min həməzatiş şəyatin və ən yəhzurun" (Tərcüməsi: İnsanların şərrindən, qəzəbindən və xətalarından, cinlərin, şeytanların şərrindən, məkr və hiylələrindən, bu şərr qüvvələrin mənə müsəllət olmalarından Allah-taalanın kəlamlarına sığınıram). İnşallah ki, bəd və şər qüvvələrdən yaxa qurtarar və gecəni rahat yatarsan".