Göyərtilər: ağız dadı və şəfa mənbəyi


Digərləri 22 Dek 2018 20:05:00 454 0

Göyərtilər: ağız dadı və şəfa mənbəyi

Təbii qida kimi göyərtilər çox faydalıdır. Onlardan istifadə edilməsi xörəyə dad verməklə yanaşı, müalicəvi təsir də göstərir. Bəzən Qafqaz xalqlarının uzunömürlüyünü göyərtidən çox istifadə etməklə əlaqələndirirlər.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, göyərtilərin hər birinin özünəməxsus üstünlükləri var.

Məsələn, sarımsaq yemək dilin üstündə olan ərpi aparır. Arterial təzyiq zamanı sarımsaqla yanaşı tərxun yeyilməsi də çox faydalıdır. Ur və köp zamanı şüyüd yeyilməsi məsləhətdir. Qida qəbulundan dərhal sonra mədədə şişkinlik əmələ gəlirsə, xörəyi keşnişlə yemək lazımdır. Keşniş, eyni zamanda, əsəbləri sakitləşdirir.