Binəqədidə üç mağazadan oğurluq edildi


Digərləri 22 Dek 2018 20:09:00 492 0

Binəqədidə üç mağazadan oğurluq edildi

Bakının Binəqədi rayonunda oğurluq hadisəsi baş verib.

Son.az teleqraf.com-a istinadən bildirir ki, 5-ci və 6-cı polis bölmələri əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində dekabrın 1-də və 10-da rayon ərazisindəki 2 mağazadan 500 manat pul, tütün məmulatı və spirtli içki oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini Ceyhun Abbasov və Bakı şəhər sakini Sərdar Pənahov saxlanılıblar.

Sərdar Pənahovun ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun oktyabrın 8-də daha bir mağazadan 248 manat pul oğurlaması müəyyən edilib.