Bu xəstəliyə daha çox kişilər yaxalanır
Digərləri 22 Dek 2018 20:10:00 325 0
Qripin ürək çatmazlığına, ya da ağciyərdə maye toplanmasına səbəb ola biləcəyi barədə məlumatınız var? Bəli, çox zaman ciddi xəstəlik kimi qəbul etmədiyimiz qrip orqanizm üçün təhlükəyə çevrilir.
Soyuq qış günlərində tez-tez rast gəldiyimiz qripi çox zaman diqqətə almırıq. Lakin qrip qaraciyər və ürəyə yayılaraq, pnevmaniya və ciddi ürək çatışmazlığına səbəb ola biləcək qədər riskli xəstəlikdir.
Ciddiyə alınmayan qrip virusu keçici olaraq ürək tutulmasına səbəbə olarkən, nadir rastlanan Koksaki qripi virusları isə ürəyə yerləşərək, bir müddət sonra zərər verir. Ürək pərdəsinə yerləşən qrip virusu pərdədən maye ifrazını artıraraq ürək ətrafında və ağciyərdə maye toplanmasına səbəb olur.
Nisbətən yaşlı adamlarda rast gəlinən ürək böyüməsi və ürək çatışmazlığının yaranma səbəblərdən biri məhz ürəyə yerləşən qrip virusudur. Adətən ürək pərdəsi, nadir zamanlarda isə ürək əzələləri bu viruslardan təsirlənir.