Somalidəki terror aktında ölənlərin sayı 25ə, yaralananların sayı 40 nəfərə çatıb VİDEO FOTO


Dünya 22 Dek 2018 19:41:00 459 0

Somalidəki terror aktında ölənlərin sayı 25ə, yaralananların sayı 40 nəfərə çatıb  VİDEO  FOTO

Somalidə törədilmiş terror aktında ölənlərin sayı 25 nəfərə çatıb.

Son.az "Report"a istinadən bildirir ki, bu barədə Dalsan TV-nin "Twitter" səhifəsində bildirilir.

Qeyd edilir ki, ölənlər arasında jurnalistlər də var. Partlayışlar zamanı həmçinin 40 nəfər yaralanıb.

DPA agentliyi hadisənin Moqadişoda, Milli Teatrın binası yaxınlığında baş verməsi barədə məlumat yayıb. İki avtomobilə yerləşdirilmiş bombaların partlamasına görə məsuliyyəti, "Aş-Şabab" qruplaşması üzərinə götürüb. Onların hədəfi teatrın yaxınlığındakı prezident sarayının nəzarət-buraxılış məntəqəsi olub.

Daha əvvəl partlayışlar zamanı 16 nəfərin öldüyü, 20-dən çox insanın yaralandığı bildirilirdi.  


Xəbərə aid fotolar