Baş ağrısı bir çox həyati təhlükəli xəstəliklərin əlaməti ola bilər


Digərləri 22 Dek 2018 19:25:00 616 0

Baş ağrısı bir çox həyati təhlükəli xəstəliklərin əlaməti ola bilər

Baş ağrısı cəmiyyətdə ən çox rast gəlinən şikayətlərdən biridir. Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının nevroloqu Nuridə Tağıyeva deyir ki, bu ağrılar bir çox həyati təhlükəli xəstəliklərin əlamətləri ola bilər.

"Baş ağrısı beynin bir əlamət olsa da, bəzi hallarda beyin şişləri, subaraxnoid qanaxma, menengit, sinusit və ya böyük hüceyrəli arterit kimi həyati təhlükəli xəstəliklərin bir əlaməti də ola bilər. Bu xəstəliklərlə əlaqəsi olmadan yaranan baş ağrısı tablosu birincili baş ağrılarıdır və bunların 90%-ni miqren və gərginlik baş ağrısı və daha çox kişilərdə rast gəlinən "cluster " tipli baş ağrıları təşkil edir".

Nevroloq miqrenin daha çox qadınlarda, adətən başın bir tərəfində rast gəlinən şiddətli baş ağrısı olduğunu bildirib: "Ağrı zoqquldayıcı xarekterdə, sanki nəbz atar kimi olur. Stress , aclıq,yorğunluq, kəskin qoxular, parlaq işıqlar, yuxusuzluq, menstrual dönəmlər, soyuqlama, mövsüm dəyişiklikləri ağrıları şiddətləndirə bilir. Ağrı zamanı xəstələr işıqdan, səs-küydən narahat olur, ürək bulanma, qusma halları müşahidə olunur. Yatmaqla, başı şal ilə bağlamaqla rahatlıq tapırlar. Ataklar 4-72 saat çəkə bilər".