Şimali Amerikanın ən iri almazı tapılıb


Digərləri 22 Dek 2018 19:19:00 615 0

Şimali Amerikanın ən iri almazı tapılıb

Kanadadakı mədəndə ölçüsü Şimali Amerika üçün yeni rekord sayılan böyük bir almaz tapılıb.

Dominion Diamond Mines şirkəti 552 karatlıq sarı rəngi olan almazın tapıldığını bildirib.

Almaz daşı oktyabr ayında ölkənin şimalında Diavik Diamond mədənində aşkar olunub.

Şirkət bildirib ki, yeni tapılmış almaz daşı 2015-ci ildə tapılan və o zaman rekord sayılan almaz daşından "xeyli böyükdür".

"Foxfire" adlı əvvəlki rekordçu almaz daşı 187.7 karatlıq olub və o da Diavik mədənində aşkar edilib.

Dominion Diamond Mines şirkətinin başçısı və şirkətin səhmlərinin 40 faizinin sahibi qeyd edib ki, yeni aşkar olunmuş almazın "rəngi və strukturu unikaldır".