Həyat yoldaşı ifaçının xəstəliyindən danışdı:


Digərləri 22 Dek 2018 19:02:00 861 0

Həyat yoldaşı ifaçının xəstəliyindən danışdı:

Xalq artisti Rafiq Hüseynovun (Rəmiş) xanımı Gülü Hüseynova həyat yoldaşının müalicəsi üçün pul lazım olması ilə bağlı yazılanlara sərt reaksiya verib.

Son.az bakupiost.az-a istinadən bildirir ki, G. Hüseynovanın dediyinə görə, yazılanlar səhvdir, onların heç kimin puluna ehtiyacı yoxdur: "Rəmişin ağciyərlərinə oksigen getmir, bəlğəmlə doludur, boğulur. 10 ildir, bundan əziyyət çəkir. Tolik ötən dəfə onu bu vəziyyətdə gördü. Özü efirdən varlı insanlara, imkanlılara müraciət edib. Xalqa deməyib ki, ona pul yığın, on min verin. Mən onun müalicəsinə nə qədər pul lazım olduğunu bilmirəm.

Xalqdan 10 min istəmək məsələsi Rəmişin adına yaraşmır ey... Rəmiş 75 ildir, ad-san saxlayıb, bunun qarşılığında dilənçi damğasını qəbul edə bilmərik".

Rəmişin xanımı deyib ki, dövlət tərəfindən müalicə yardımı təklif edilərsə, onu qəbul edərlər: "Rəmişin Müalicəyə ehtiyacı var, amma yaxşı həkim tapa bilmirik. Biz dəfələrlə Gürcüstanda, İranda, Rusiyada olmuşuq. Amma dəqiq diaqnoz qoyan yoxdur. Türkiyə, İsrail və digər dövlətlərin heç adını çəkməmişik. Ora getmək kimi fikrimiz də yoxdur. Öz həkimlərimiz onu müalicə edəcək. Buranı qoyub xaricə getmərik.