Eldar Sultanov: "Xətai rayonunda qətlə yetirilən Fariz Vahabovun DTXnin sabiq Aparat rəhbəri ilə hər hansı qohumluq əlaqəsi yoxdur"


Digərləri 22 Dek 2018 18:41:00 920 0

Eldar Sultanov: "Xətai rayonunda qətlə yetirilən Fariz Vahabovun DTXnin sabiq Aparat rəhbəri ilə hər hansı qohumluq əlaqəsi yoxdur"

Baş Prokurorluq ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq əməkdaşının qətlə yetirilməsi ilə bağlı bəzi iddialara münasibət bildirib.

Son.az bildirir ki, Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun Trend-ə dediyinə görə, Bakının Xətai rayonunda qətlə yetirilən ləğv edilmiş MTN-in sabiq əməkdaşı Fariz Vahabovun Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) sabiq Aparat rəhbəri Fərhad Vahabovla hər hansı qohumluq əlaqəsi yoxdur.

E.Sultanov həmçinin bildirib ki, bununla bağlı bəzi KİV-lərdə yayılan məlumatlar həqiqəti əks etdirmir.