Soyuq havalarda etdiyimiz səhvlər


Digərləri 22 Dek 2018 18:34:00 402 0

Soyuq havalarda etdiyimiz səhvlər

Artıq hava soyuyub. Belə hava şəraiti soyuqdəymənin, qripin əsl havasıdır. Şaxtada, soyuqda xəstələnməmək üçün etdiklərimiz isə tamamilə səhv imiş.

Son.az Publika-ya istinadən soyuq havalardan qorunmaq üçün indiyədək yanlış etməyə alışdığımız vərdişlərin siyahısını təqdim edir.

Evdən çıxarkən burun damcısı tökmək

Soyuqdəymə vaxtı əzələlər bərkiyir. Odur ki, soyuğa çıxan zaman burnunuza damcı töksəniz, əzələlər süni şəkildə yumşalacaq, və havanı isidib orqanizmə ötürmə funksiyasını yerinə yetirməyəcək. Buna görə də, evdən çıxarkən burnunuzu təmizləmək, ən doğru yoldur.

Küçədə ağzınızla deyil, burnunuzla nəfəs alın

Şaxtalı havada ağızla nəfəs alan zaman hava isinməyə vaxt tapmır. Beləcə, anginaya yoluxma şansınızı artırmış olursunuz. Odur ki, soyuq havada burnunuzla yavaş-yavaş nəfəs almağınız daha düzgündür.

Şərflə ağız və burunu bağlamaq

Şərf vasitəsiləalınan hava parçada donub qalır. Nəticədə hər dəfə nəfəs aldıqca, burnunuza və agzınıza daha da soyuq hava gedir. Bu isə angina, bronxit, dəri qıcıqlanması kimi xoşagəlməz nəticə ilə sonlanır.