Eldar Sultanov: Xətai rayonunda qətlə yetirilən Fariz Vahabovun DTX-nin sabiq Aparat rəhbəri ilə hər hansı qohumluq əlaqəsi yoxdur


Digərləri 22 Dek 2018 18:35:07 822 0

Eldar Sultanov: Xətai rayonunda qətlə yetirilən Fariz Vahabovun DTX-nin sabiq Aparat rəhbəri ilə hər hansı qohumluq əlaqəsi yoxdur

Baş Prokurorluq ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq əməkdaşının qətlə yetirilməsi ilə bağlı bəzi iddialara münasibət bildirib.

Bakı. Baş Prokurorluq ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq əməkdaşının qətlə yetirilməsi ilə bağlı bəzi iddialara münasibət bildirib. Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Trend-ə bildirib ki, Bakının Xətai rayonunda qətlə yetirilən ləğv edilmiş MTN-in sabiq əməkdaşı Fariz Vahabovun Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) sabiq Aparat rəhbəri Fərhad Vahabovla hər hansı qohumluq əlaqəsi yoxdur. E.Sultanov həmçinin bildirib ki, bununla bağlı bəzi KİV-lərdə yayılan məlumatlar həqiqəti əks etdirmir.