Dünən dalaşan Sərxanla Səmra bu gün birbirinin qucağında


Şou-biznes 22 Dek 2018 18:09:00 392 0

Dünən dalaşan Sərxanla Səmra bu gün birbirinin qucağında

"Maşın" şounun ötən gün yayımlanan bölümündə aparıcı Sərxan Kərəmoğlu ilə müğənni Səmra Rəhimli arasında qalmaqal yaşanıb. 

Son.az axşam.az-a istinadən bildirir ki, səsverməyə çıxan Mənsur Şərifin ünvanına Kərəmoğlu sərt sözlər deyib:

"Burada olmağın sənin üçün gözəl bir şansdır. Burada elə bir rola girmisən ki... Get teatrda aktyor kimi çalış".

Səmra nın Mənsuru müdafiə etməsi və "Mənsur hansısa bir video ilə çıxıb məşhur olmayıb, aktyorluq təhsilini alıb. Bunu nəzərə alaq" sözləri Kərəmoğlunu özündən çıxarıb.

O, Səmraya "Sən niyə onu müdafiə edirsən? Açılsın mənim gül ağzım? Səmra, Mənsurun özünü müdafiə etməyə gücü var, sənə ehtiyacı yoxdur. Sus otur orda, ya da ayaqüstə dur" sözlərini söyləyib.


Xəbərə aid fotolar