“Dedi ki, biletlərin hamısını satmasanız sizi buraxmayacağam”


Digərləri 22 Dek 2018 17:34:00 586 0

“Dedi ki, biletlərin hamısını satmasanız sizi buraxmayacağam”

"Biletləri mütləq gətirin. Mütləq!"

Son.az ARB TV-yə istinadən xəbər verir ki, söhbət paytaxtda fəaliyyət göstərən 194  saylı tam orta məktəbdən gedir.

Məktəbdə yeni il şənliyi keçiriləcək. Hazırlıqlar çərçivəsində nəfis tərtibatda biletlər də çap etdirilib. Bura qədər hər şeyə normal baxmaq olar. Təhsil ocağı tədbir keçirir və bunu səliqəli şəkildə təşkil etmək üçün şənlikdə iştiraka icazəni bilet əsasında təşkil edir. Məsələnin sual doğuran tərəfi həmin biletlərin məcburi qaydada satılmasıdır.

Şagird: "Rəşad müəllim müəllimimizə dedi ki, biletlərin hamısını satmasanız sizi tədbirə buraxmayacağam".

Bu yerdə deyək ki, biletlərin tam həcmdə satılmayacağı halda bütün sinifin tədbirə buraxılmayacağını deyən Rəşad müəllim, təlim-tərbiyə işləri üzrə direktor müavini, tədbirin təşkilatçısıdır. Məktəb rəhbərliyinin də məsələyə münasibətini öyrənməyə çalışdıq.

Müsahibə verməkdən çəkinən direktor və müavininin şifahi açıqlaması belə oldu: "Şənliyin keçirilməsi üçün təşəbbüs valideynlərin özlərindən gəlib, bilet satışı isə məcburi deyil".


Xəbərə aid fotolar