Barak Obamadan sonra Mişel Obama da gündəm yaratdı


Dünya 22 Dek 2018 17:14:00 298 0

Barak Obamadan sonra Mişel Obama da gündəm yaratdı

Şaxta Baba geyimi ilə xəstəxanaları gəzərək körpə uşaqları sevindirən Barak Obamanın həyat yoldaşı geyimi ilə gündəm yaradıb. 

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, Mişel Obama yeni işıq üzü görən "Becoming" kitabının təqdimat mərasimində geydiyi uzunboğaz çəkmələrlə hər kəsin diqqətini çəkib. Hər zaman sadə və daha ucuz geyinməsi ilə fərqlənən Mişel Obamanın diqqətçəkən uzunboğaz çəkmələrinin qiyməti 2 milyon 850 min 243 dollar dəyərindədir.

Yeni kitabının təqdimat mərasimi üçün ölkəni gəzən Mişel Obama müəllifi olduğu bu nəşrdə şəxsi həyatı və moda dünyası ilə bağlı düşüncələri yer alıb.