Danimarka vətəndaşlığı almaq istəyənlərə qəribə şərt qoyuldu


Dünya 22 Dek 2018 17:09:00 724 0

Danimarka vətəndaşlığı almaq istəyənlərə qəribə şərt qoyuldu

Danimarka parlamenti bu ölkənin vətəndaşı olmaq istəyənlər üçün bələdiyyələrdə tədbir təşkil edilməsini və bələdiyyə sədri ilə salamlaşmağı məcburi edən qanun layihəsini qəbul edib.

Son.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bəzi partiyalar qarşı çıxsa da, yekun səsvermə nəticəsində qanun qəbul edilib.

Qanun 1 yanvar 2019-cu ildən qüvvəyə minəcək.