Erkən ölümü müəyyən etməyin yolu tapıldı


Digərləri 22 Dek 2018 16:44:00 337 0

Erkən ölümü müəyyən etməyin yolu tapıldı

ABŞ-ın Solka institutunun alimləri insanın bioloji yaşının müəyyən edilməsi ilə bağlı yeni metod ərsəyə gətirib. Bunun üçün onlar dəri hüceyrələrində əsas genlərin aktivliyini müəyyən edib. Metod erkən ölüm hallarının qarşısını almaq üçün lazımi ölçülər götürməyə imkan verəcək.

Son.az oxu.az-a istinadən xəbər verir ki, tədqiqatçılar 1-94 yaşları arasında olan 133 insanın dərisindən götürülmüş nümunələrdə yer alan birləşdirici toxumaların (dermal fibroplastlar) qoca və cavan hüceyrələrini analiz edib. Bu hüceyrə tipi yaraları sağaltmağa və hüceyrələrarası maddənin (matriks) komponentlərini sintez etməyə kömək edir. Alimlər yaşlandıqca dəyişən qocalma biomarkerlərinin axtarışı üçün RNT- sekvenləşdirmə metodundan istifadə edib.

RNT sekvenləşdirmə informasion RNT-nin molekullarında olan nukleotidlərin ardıcıllığını müəyyən etməyə kömək edir. Beləcə, bu metod bu və ya digər yaşda olan müəyyən hüceyrələrdə hansı genlərin aktiv olduğunu müəyyənləşdirməyə icazə verir.