Berlində Dünya Azərbaycanlılarının Həmrəyliyi günü qeyd olunub


Digərləri 22 Dek 2018 16:47:00 654 0

Berlində Dünya Azərbaycanlılarının Həmrəyliyi günü qeyd olunub

Berlində “Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ildə Planlar və Perspektivlər” adlı tədbir keçirilib.

Bakı. Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycanın Almaniyadakı səfirliyinin təşkilatçılığı ilə Berlində “Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ildə Planlar və Perspektivlər” adlı tədbir keçirilib. Komitədən Trend-ə verilən məlumata görə, tədbirdə Azərbaycanın Almani­yadakı səfirliyinin əməkdaşları, bu ölkədə yaşayan həmvətənlərimiz, diaspor rəhbərləri, Almaniya ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Tədbir Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayıb. Almaniya Azərbaycanlılarının Koordinasiya Şurasının əlaqələndiricisi Yaşar Musayev giriş sözü ilə çıxış edərək iştirakçıları salamlayıb və qarşıdan gələn bayramlarını təbrik edib. Y.Musayev təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş Dünya Azərbaycanlılarının Həmrəylik Gününün xalqımızın və bütün dünyada yaşayan həmvətənlərimizin mənəvi birliyinin rəmzi olduğunu vurğulayıb. O, tədbirin keçirilməsində verdiyi dəstəyə görə Diasporla İş üzrə Dövlət Komitəsinə və səfirliyə öz təşəkkürünü ifadə edib. Y.Musayev Almaniya Azərbaycanlılarının Koordinasiya Şurasının təsis edilməsini zəruri edən amillər və fəaliyyət istiqamətləri haqqında məlumat verib, Almaniya azərbaycanlılarını birliyə və həmrəyliyə çağırıb.