Bakıda gündəlik kirayə evlərə maraq artıb


Digərləri 22 Dek 2018 16:29:00 583 0

Bakıda gündəlik kirayə evlərə maraq artıb

Yeni ilin yaxınlaşması gündəlik kirayə ev bazarında canlanma yaradıb.

Son.az Xəzər TV-yə istinadən bildirir ki, buna səbəb bayramla əlaqədar ölkəmizə gələn turistlərin sayının artmasıdır.

Əmlak eksperti Ramil Osmanlının sözlərinə görə, indi ərəb, Asiya ölkələrindən və İrandan gələn turistlərin əksəriyyəti daha çox gündəlik evlərə üstünlük verirlər. Tələbatın artması bu tip evlərin qiymət artımına səbəb olub.

Ən çox tələbat iki və üç otaq olan gündəlik evlərədir. Gündəlik kirayə mənzillərin qiyməti minimum 100-110 manatdan başlayır.