Nərmin Şahmarzadə onu məhkəməyə verənlərə meydan oxudu


Digərləri 22 Dek 2018 16:19:00 556 0

Nərmin Şahmarzadə onu məhkəməyə verənlərə meydan oxudu

"3 il azadlıqdan məhrum etmə cəzası kimi cəzalar mənə çox gülünc gəlir"

Xəbər verdiyimiz kimi, Mübariz İbrahimovu təhqir edən psixologiya fakültəsinin tələbəsi Nərmin Şahmarzadə məhkəməyə verilib. Onunla bağlı məhkəməyə iddia ərizəsi ilə müraciət edən  Muay-tay və Tayboksinq Federasiyalarının vitse-prezidenti Araz Musayev və vəkil Ramil Rüstəmov tələbə xanımın qanuna müvafiq qaydada cəzalandırılmasını tələb edirlər.

Son.az bildirir ki, musavat.com mövzu ilə bağlı N.Şahmarzadə ilə söhbət edib. Xatırladaq ki, müsahibə messenger üzərindən, sualların yazılı formada göndərilməsi hesabına baş tutub. Ona görə də cavablardan yaranan əlavə sualları ünvanlamaq imkanı olmayıb.

- Sizi iki nəfər məhkəməyə verib. Muay-tay və Tayboksinq Federasiyalarının vitse-prezidenti Araz Musayev və vəkil Ramil Rüstəmov qanuna müvafiq qaydada cəzalandırılmanızı tələb edirlər. Onlar qeyd edirlər ki, ən ağır formada cəzalandırılmalısız. Buna münasibətiniz necədir? Haqlı hesab edirsizmi?

- Mən düşünmürəm ki, ağır formada cəzalandırılmalıyam. Çünki burda heç kimə qarşı təhqir yoxdur. Ümumiyyətlə, təhqir olunası bir məsələ yoxdur. Mən heç kimi təhqir etmərəm. O qədər axmaq deyiləm ki, kimisə təhqir edim. Sadəcə olaraq, öz fikrimi bildirmişəm. Ümumən insanları səsləməmişəm ki, mən belə düşünürəm, siz də belə düşünün. Yox! Öz fikrimi bildirmişəm. Ona görə də 3 il azadlıqdan məhrum etmə cəzası kimi cəzalar mənə çox gülünc gəlir. Mən düşünürəm ki, bunu kifayət qədər lazımi yerlərdə tətbiq etmək lazımdır. Bu iş 3 ilə dəyəcək bir iş deyil. Ümumiyyətlə, cinayət deyil. Vəkillər də deyir ki, cinayət tərkibli əməl deyil.

Daha sonra bunun arxasında yatan nələrisə araşdırmağa çalışırlar. Nəzərə almırlar ki, bir insan bir fikri deyə bilər də. Bunun arxasında nəsə yatmalı deyil. Mən indiyə qədər çox status yazmışam. Amma bu, o demək deyil ki, mənə kimsə nəsə deyib. Hər hansı təşkilat və ya hər hansı fərd... Öz iradəmlə nəsə yaza bilərəm. Bu, mənim vətəndaş mövqeyimdir. Ümumiyyətlə, bizim insanlar terrorun nə demək olması üzərinə düşünmürlər. Hər hansı bir fikri o qədər qloballaşdırdılar ki... Qəhrəman anlayışı fərqli bir şeydir. Ümumiyyətlə, burada Xocalı və digər məsələləri nəzərdə tutmamışam. Video çəkib izah edirəm. Adamlar götürüb videonu ortadan kəsir, 30 saniyəsini yayıb, özlərinə sərf edən formada yayırlar. Mən izah etmişəm: Xocalı və müharibə şəraiti tamam başqa bir şeydir. Statusda da bunu yazmışam ki, onları nəzərdə tutmuram. Mənim demək istədiyim bu deyildi. Təəssüf ki, insanlar bunu tamam fərqli anladılar, tamam fərqli istiqamətə çəkdilər.

- Hər iki şəxs bu addımı atmadan öncə Mübariz İbrahimovun atası ilə danışdıqlarını və onun da "bu qadına xalq cavab verəcək" dediyini xatırladıb. Siz onun valideynlərindən üzr istəmişdiz. Necə düşünürsüz, atasının sizə qarşı münasibətini sərtləşdirməsi məhkəmə qərarına təsir edəcəkmi?