Vəliəhd şahzadə dövründə edamlar artıb


Dünya 22 Dek 2018 16:00:00 366 0

Vəliəhd şahzadə dövründə edamlar artıb

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd Bin Salman (MBS) dövründə icra edilmiş edamlarla bağlı statistika açıqlanıb.

Son.az Qafqazinfo-ya istinadən xəbər verir ki, "Reprieve" insan haqları təşkilatı MBS dövründə S.Ərəbistanında 133 nəfərin edam edildiyini bildirib. Bu isə MBS-nin iqtidara gəldiyi 2017-ci ilin iyunundan əvvəlki dövrlə müqayisədə 66 faktın artması deməkdir.

2014-cü ildən bəri edam edilənlərin ümumi sayı isə 700-ə çatıb. Onların 49 faizi əcnəbilərdir.