Həyatın kosmik mənşəli olması sübut olundu


Digərləri 22 Dek 2018 16:04:00 649 0

Həyatın kosmik mənşəli olması sübut olundu

NASA alimləri ilk dəfə olaraq laboratoriyada kosmik mühit şəraitini yaradaraq DNT-nin tərkib hissəsi olan dezoksiriboza əldə ediblər.

Son.az oxu.az-a istinadən bildirir ki, araşdırmaların nəticələrinə görə, həyatın mövcud olması üçün gərəkli olan orqanik molekullar əvvəlcə kosmosda yaranıb və daha sonra kometlərlə birlikdə Yer kürəsinə düşüb, "Science News" nəşri məlumat verir.

Mütəxəssislər su və metanol qarışığını vakuum kamerasının içərisində -270C-yə qədər soyudublar. Bundan sonra onlar əldə olunan buzu ultrabənovşəyi şüalanmaya verərək ulduzlararası qaz və toz mühiti yaradıblar.