Alimlər QİÇSə qalib gəlməyin yolunu tapdı


Digərləri 22 Dek 2018 15:49:00 580 0

Alimlər QİÇSə qalib gəlməyin yolunu tapdı

Fransanın Paster İnstitutunun alimləri VİÇ infeksiyası ilə yoluxmuş hüceyrələrin metabolik aktivlik inhibitorlarının köməyi ilə məhv edilməsi yolunu tapıb.

Son.az oxu.az-a istinadən xəbər verir ki, müasir təbabətdə VİÇ-lə mübarizə ömürlük müalicə tələb edir.

Belə ki, antiretrovirus terapiya virusu öldürmür, sadəcə, infeksiyanı bloklayır. Nəticədə, qeyri-aktiv formalı virus şərti olaraq "rezervuar" kimi qələmə verilən hüceyrələrdə, o cümlədən CD3+ T-limfosit hüceyrələrdə qalır.