Mədəniyyət naziri: "Mikayıl Müşfiqə aid olduğu iddia olunan qalıqlarla bağlı araşdırmalar davam edir"


Kriminal 22 Dek 2018 15:19:00 447 0

Mədəniyyət naziri: "Mikayıl Müşfiqə aid olduğu iddia olunan qalıqlarla bağlı araşdırmalar davam edir"

"Bakının Qaradağ rayonunun Puta qəsəbəsində tapılan meyit qalıqlarının şair Mikayıl Müşfiqə aid olub-olmadığını müəyyənləşdirmək üçün aparılan araşdırmalar davam etdirilir, müxtəlif ekspertizalar keçirilir".  

Son.az bildirir ki, bunu Report-un sualına cavab olaraq mədəniyyət naziri Əbülfəs Qarayev deyib. 

Nazir bildirib ki, bu, bir günə başa çatdırılması mümkün olan proses deyil: "Bu, müxtəlif alimlərin iştirakı və fərqli analizlərin aparılması ilə həyata keçirilməlidir. Müvafiq dövlət orqanları bununla məşğuldurlar. Təsdiq olunanda, ya da olunmayanda bu haqda bizə xəbər veriləcək, onda biz də ictimaiyyəti məlumatlandıracağıq".