Özbəkistanda eksprezidentin təhlükəsizlik xidmətinin keçmiş rəhbəri saxlanıldı


Dünya 22 Dek 2018 14:39:00 350 0

Özbəkistanda eksprezidentin təhlükəsizlik xidmətinin keçmiş rəhbəri saxlanıldı

Özbəkistanda eks-prezident İslam Kərimovun təhlükəsizlik xidmətinin keçmiş rəhbəri, general-mayor Muidjon Toxiriy saxlanılıb.

Son.az Report-a istinadən xəbər verir ki, Özbəkistan Baş Prokurorluğu bir sıra yerli KİV-lərdə onun həbs olunduğu barədə məlumatı təsdiqləyib.

"Muidjon Toxiriy həqiqətən saxlanılıb, ona qarşı istintaq tədbirləri aparılır", - qurumun mətbuat xidmətinin nümayəndəsi bildirib.