Ukraynada Mehdi Hüseynzadənin 100 illiyi münasibətilə poçt markası hazırlanıb


Digərləri 22 Dek 2018 12:54:00 603 0

Ukraynada Mehdi Hüseynzadənin 100 illiyi münasibətilə poçt markası hazırlanıb

Ukraynada İkinci Dünya Müharibəsi dövründə antifaşist müqavimət hərəkatının görkəmli nümayəndəsi, Sovet İttifaqı Qəhrəmanı, Azərbaycan xalqının qəhrəman oğlu Mehdi Hüseynzadənin anadan olmasının 100 illiyi münasibətilə poçt markası hazırlanıb.

Son.az xəbər verir ki, Azərbaycanın Ukraynadakı səfirliyindən Trend-ə verilən məlumata görə, səfirlik tərəfindən hazırlanan 2 növ poçt markasında Mehdi Hüseynzadənin təsviri yer alıb. Sayı 2000 ədəd olan poçt markaları artıq dövriyyəyə buraxılıb.


Xəbərə aid fotolar