Dünən işdən çıxarılan başçıya qarşı məhkəmə qərarı


Digərləri 22 Dek 2018 12:14:00 345 0

Dünən işdən çıxarılan başçıya qarşı məhkəmə qərarı

Dekabrın 21-də Xəzər Rayon Məhkəməsində rayonun sabiq icra başçısı Gülağa İslamovun həyətində 300 it saxlayan Eldar Mansurova qarşı iddiasına baxılıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, hakim Əkrəm Qəhrəmanov qərarı elan edib. Məhkəmənin qərarı ilə Gülağa İslamovun iddiası əsassız hesab olunduğu üçün rədd olunub. 

Qeyd edək ki, Gülağa İslamov Xəzər Rayon Məhkəməsinə müraciət edərək Mərdəkan qəsəbəsindəki həyətində 300-ə yaxın it saxlayan vətəndaş Eldar Mansurovun ev heyvanı saxlamaq hüququndan məhrum edilməsini istəyib.