“Arka Sokaklar” 500cü seriyaya çatdı


Digərləri 22 Dek 2018 11:14:00 596 0

“Arka Sokaklar” 500cü seriyaya çatdı

Türkiyədə 13 mövsümdür yayımlanan məşhur "Arka Sokaklar" serialının 500-cü seriyası efirə gedib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, serialın yaradıcı və aktyor heyəti yubileyi xüsusi tədbirlə qeyd ediblər.

Qeyd edək ki, 31 iyul 2006-cı ildən etibarən yayımlanmağa başlayan serial 13-cü mövsümdür izləyicilərinin qarşısına çıxıb. Bununla da "Bizimkilər" serialının rekorduna şərik olub.