Azərbaycanlı əsir və girovları evində işlədən qəddar general


Dünya 22 Dek 2018 10:29:00 581 0

Azərbaycanlı əsir və girovları evində işlədən qəddar general

Ermənistan bu ölkəni 20 il idarə etmiş Qarabağ klanının əsas dayaqlarından biri, Azərbaycan ərazilərinin işğalına başçılıq etmiş və Qarabağda soydaşlarımıza qarşı çoxsaylı hərbi cinayətlər törədərək "Artsax qəhrəmanı" adı almış general Manvel Qriqoryan həbsdən azadlığa buraxılıb.

Son.az modern.az-a istinadən xəbər verir ki, Qarabağ müharibəsi veteranlarından ibarət olan "Yerkrapa" yarımhərbi təşkilatın rəhbəri general Manvel Qriqoryan girov müqabilində həbsdən azad olunub.

Məhkəmə binası qarşısında general, onu qarşılayan jurnalistlərin suallarını cavablandırmaqdan imtina edib və maşına minərək oradan uzaqlaşıb.

Apellyasiya Məhkəməsi M.Qriqoryan barəsindəki həbs-qətimkan tədbirini 25 milyon erməni dramı ödənildikdən sonra verib.

General Manvel Qriqoryan külli miqdarda silah və döyüş sursatının qanunsuz saxlanılmasında ittiham olunur.

Manvel Qriqoryan azərbaycanlılara qarşı nifrəti ilə seçilir. O, 1991-1993-cü illərdə Dağlıq Qarabağdakı hərbi əməliyyatlarda Eçmiədzin batalyonunun komandiri kimi aktiv iştirak edib

M.Qriqoryan mətbuata müsahibələrinin birində Qarabağ müharibəsində əsir və girov götürdükləri yüzlərlə azərbaycanlıdan bir neçəsini  dörd il evində qul kimi saxladığını etiraf etmişdi...