Gəncədə avtomobil tələbələri vurdu


Digərləri 22 Dek 2018 10:14:00 393 0

Gəncədə avtomobil tələbələri vurdu

Gəncə şəhərində avtomobillə vurulan piyadaların kimliyi məlum olub.

Son.az Report-a istinadən xəbər verir ki, bunlar Tərtər rayon sakinləri - 1993-cü il təvəllüdlü Mehdiyev Mehdi Rövşən oğlu və 1993-cü il təvəllüdlü Tufanlı Həsən Zaur oğludur.

Hər iki piyada qəza törədən sürücü tərəfindən xəstəxanaya çatdırılıb. Həkimlər onların vəziyyətini qənaətbəxş kimi qiymətləndirirlər.

M.Mehdiyev Gəncədəki universitetlərdən birinin 3-cü kursunda, H.Tufanlı isə 2-ci kursunda oxuyur.