Dünya Bankının nümayəndələri Milli Məclisdə müzakirələrə qoşuldu


Digərləri 22 Dek 2018 10:04:00 432 0

Dünya Bankının nümayəndələri Milli Məclisdə müzakirələrə qoşuldu

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində Dünya Bankının nümayəndə heyəti ilə görüş keçirilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, Azərbaycan parlamentində Dünya Bankının təmsilçiləri ilə görüşü təqdirəlayiq hal kimi dəyərləndirən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə qeyd edib ki, müstəqilliyin ilk illərindən etibarən ölkəmizlə bu qurum arasında çox sıx əlaqələr qurulub, əməkdaşlıq ildən-ilə möhkəmlənib.

Komitə sədri vurğulayıb ki, Dünya Bankı mühüm infrastruktur layihələrinin reallaşmasında Azərbaycana dəstək olub.

Qonaqlara ölkəmizdə aparılan iqtisadi islahatlardan, həyata keçirilən Bakı-Tbilisi-Ceyhan, qədim İpək Yolunun bərpası, Bakı-Tbilisi-Qars və digər bu kimi qlobal layihələrdən söz açan komitə sədri bildirib ki, islahatlar hazırlanarkən Dünya Bankının tövsiyələri də nəzərə alınıb. O, bildirib ki, hazırda Azərbaycanda iqtisadi inkişafın aparıcı xəttini qeyri-neft sektorunun inkişafı və innovativ iqtisadiyyatın qurulması təşkil edir.