Bayramı Samsung smartfonları ilə qeyd edin


Digərləri 22 Dek 2018 10:00:00 353 0

Bayramı Samsung smartfonları ilə qeyd edin

Yeni il yaxınlaşdığına görə hər kəs bayram ağacını bəzəyib, şəhərdə yeni il yarmarkası təşkil olunub, hər tərəfdə rəngarəng işıqlar bərq vurur və çox sevdiyimiz yeni il bayramının ab-havası hiss olunur.

İdeal hədiyyələr seçməyin tam zamanıdır, hansı ki Samsug-un bu il təqdim etdiyi geniş smartfon kateqoriyaları sayəsində artıq heç də çətin deyil. Galaxy J6+ professional şəkillər çəkmək üçün ikili kamera ilə təchiz olunub. Həmçinin, burada fotolara müxtəlif effektlər əlavə etmək mümkündür. MicroSD kart vasitəsi ilə 512 Qb-ta qədər artırıla bilən 32 QB daxili yaddaşı sayəsində istədiyiniz qədər şəkil çəkə bilərsiniz. Üç dərəcəli flash işığı ilə təchiz olunmuş ön kameralı Galaxy J xəttinin smartfonlarıyla özünüzü asanlıqla atəşfəşanlıq fonunda çəkə bilər və yeni il fişənglərindən zövq ala bilərsiniz.

Galaxy S9 xəttinin smartfonları multifunksionallığın və zərifliyin təcəssümüdür. Galaxy S9 və S9+-un köməyi ilə həm gündüz, həm də zəif işıqlandırma şəraitində əla təsvirlər əldə etmək olar. Həmçinin, bu smartfonlar "slowmo" çəkim rejimində asanlıqla "zamanı dayandıra" və animasiyalı selfimoji yarada bilirlər. Bu xətt smartfonları ilə siz "sərhədsiz" ekran üzərində film və video seyrindən zövq alaraq yeni təəssüratlar yaşayacaq, displeydə baş verənlərin ab-havasına dalacaqsınız.