Dünya Bankı Azərbaycanla bağlı qiymətləndirmənin nəticələrini Milli Məclisdə müzakirə edib


Digərləri 22 Dek 2018 09:50:00 489 0

Dünya Bankı Azərbaycanla bağlı qiymətləndirmənin nəticələrini Milli Məclisdə müzakirə edib

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində Dünya Bankının nümayəndə heyəti ilə görüş keçirilib.

Bakı. Elçin Mehdiyev – Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində Dünya Bankının nümayəndə heyəti ilə görüş keçirilib. Trend-in məlumatına görə, Azərbaycan parlamentində Dünya Bankının təmsilçiləri ilə görüşü təqdirəlayiq hal kimi dəyərləndirən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə qeyd edib ki, müstəqilliyin ilk illərindən etibarən ölkəmizlə bu qurum arasında çox sıx əlaqələr qurulub, əməkdaşlıq ildən-ilə möhkəmlənib. Komitə sədri vurğulayıb ki, Dünya Bankı mühüm infrastruktur layihələrinin reallaşmasında Azərbaycana dəstək olub. Qonaqlara ölkəmizdə aparılan iqtisadi islahatlardan, həyata keçirilən Bakı-Tbilisi-Ceyhan, qədim İpək Yolunun bərpası, Bakı-Tbilisi-Qars və digər bu kimi qlobal layihələrdən söz açan komitə sədri bildirib ki, islahatlar hazırlanarkən Dünya Bankının tövsiyələri də nəzərə alınıb. O bildirib ki, hazırda Azərbaycanda iqtisadi inkişafın aparıcı xəttini qeyri-neft sektorunun inkişafı və innovativ iqtisadiyyatın qurulması təşkil edir. Görüşdə çıxış edən Dünya Bankının Azərbaycan üzrə Ölkə Meneceri Navid Həsən Naqvi həm qlobal nəticələr üzrə, həm də Azərbaycanda səhiyyə sahəsində aparılmış qiymətləndirmənin nəticələri üzrə deputatlarla fikir mübadiləsi aparmaqdan şərəf duyduqlarını bildirib. Mingəçevir şəhərində və Yevlax rayonunda pilot layihənin həyata keçirilməsini təqdirəlayiq hal kimi dəyərləndirdiklərini vurğulayıb. Sonra görüşdə Dünya Bankı Qrupunun Azərbaycan səhiyyəsi, təhsili və insan resursları üzrə hazırladığı hesabatlar rəngli slaydlar vasitəsilə deputatlara təqdim olunub. Qurumun mütəxəssisləri təklif və tövsiyələrini diqqətə çatdırıblar. Məruzə olunan mövzular ətrafında Milli Məclisin deputatları ilə geniş fikir mübadiləsi aparılıb. Görüşdə deputatlar Əli Məsimli, Aydın Hüseynov, Şəmsəddin Hacıyev, Tahir Mirkişili, Mirzəcan Xəlilov, İqbal Məmmədov iştirak ediblər. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin