Ağ Ev Nizamini fars şairi hesab edir


Dünya 22 Dek 2018 09:48:00 560 0

Ağ Ev Nizamini fars şairi hesab edir

ABŞ-ın dövlət katibi Maykl Pompeo dünən İran xalqını ilin ən uzun gecəsi və ilin ən qısa günü munasibətilə təbrik edib.

İranda bu gün "Yalda" adlanır və bayram kimi qeyd olunur.

Son.az bildirir ki, M.Pompeo Twitter-dəki akkauntunda yazıb: "Qürurlu İran xalqı bu gün ilin ən uzun gecəsini və işığın zülmət üzərində qələbəsini bayram edir. Onlara bəxtəvərlik, rifah və azadlıq arzulayıram. Dahi fars şairi Nizami demişdi ki, "Hətta ümidsizlikdə belə ümid var, hətta ən zülmət gecədən sonra sübh açılır".

"Hətta ümidsizlikdə belə ümid var, hətta ən zülmət gecədən sonra sübh açılır" kəlmələri dahi Azərbaycan şairi Nizami Gəncəviyə məxsusdur.

Gəncədə yaşamış şeyx Nizami dövrünün bir çox Şərq şairləri kimi fars dilində yazmışdı.

Fəqət o, Azərbaycan şairidir və İranla Ermənistan istisna olmaqla, dünyanın bütün yerində də məhz azərbaycanlı şair kimi qəbul olunub.

Pompeonun Nizamidən iqtibas gətirərək onun azərbaycanlı şair olduğunu "unutması" ən azı sual doğurur.

Olmaya Ağ Ev Nizamini fars şairi hesab edir?

Orxan Hun Son.az

As the proud people of #Iran celebrate the longest night of the year & the victory of light over darkness, I wish for them prosperity and freedom. As the Persian poet Nezami said, "even in hopelessness there is hope; at the end of a dark night there is light." Happy #Yalda!

- Secretary Pompeo (@SecPompeo) 21 декабря 2018 г.

Xəbərə aid foto