Peşə məktəblərində təhsil müddətləri dəyişdirildi:


Digərləri 22 Dek 2018 09:24:00 594 0

Peşə məktəblərində təhsil müddətləri dəyişdirildi:

Azərbaycanda peşə təhsili müəssisələrində təhsil müddəti qruplara görə yenidən müəyyənləşdirilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bununla bağlı Nazirlər Kabinetinin 2010-cu il 4 iyun tarixli 104 nömrəli Qərarı ilə təsdiq edilmiş "Təhsil proqramlarının kurikulumlarının) yerinə yetirilməsi müddəti"ndə dəyişikliklər edilib.

Bu dəyişikliklərə əsasən, təhsil müddəti ümumi orta təhsil bazasından qəbul olunmuş və ilk peşə təhsili alanlar üçün təşkil edilən qruplarda 1 il, texniki peşə təhsili alanlar üçün təşkil edilən qruplarda 2 il olacaq.