Robot insanları çəngəllə yedizdirir


Digərləri 22 Dek 2018 08:35:00 775 0

Robot insanları çəngəllə yedizdirir

Vaşinqton Universitetinin mühəndisləri əl hərəkəti pozuntulu insanları müstəqil şəkildə yedizdirəcək robotlaşdırılmış sistem üçün alqoritm hazırlayıblar.

Son.az ICTnews-a istinadən bildirir ki, alimlərin "NeurIPS 2018" konfransında etdikləri məruzələrdə bildirilib ki, yemək zamanı insanların ərzaqlarla necə davranmasını anlamaq və robotları bu hərəkətlərə adaptasiya etmək üçün mütəxəssislər tədqiqat iştirakçılarından manekeni yedizdirməyi xahiş ediblər. Toxunuşla hiss edilən siqnalların və hərəkət göstəricilərinin toplanan analizi "Kinova JACO" robotlaşdırılmış manipulyatoru üçün alqoritm yaratmağa kömək edib. Əlil kreslosuna bərkidilən robot tutma qabiliyyətinə malik manipulyator və daxili kamera ilə təchiz edilib. Ötürücülərə malik idarəetmə bloku robotun çəngəli götürərək meyvə və ya tərəvəzlərə batırması və insan ağzına yaxınlaşması zamanı işinə nəzarət edir.