Kinşasada qəzaya uğrayan təyyarənin heyət üzvləri ruslar olub


Dünya 22 Dek 2018 08:20:00 528 0

Kinşasada qəzaya uğrayan təyyarənin heyət üzvləri ruslar olub

Konqo Demokratik Respublikasında qəzaya uğramış "An-26" tipli yük təyyarəsinin həyatını itirən heyət üzvləri ruslar olub.

Son.az "Report"a istinadən bildirir ki, bunu Rusiyanın sözügedən ölkədəki səfiri Aleksey Sentebov deyib.

"Təəssüf ki, cümə axşamı qəzaya uğramış təyyarənin ölən bütün heyət üzvlərinin Rusiya vətəndaşları olduğunu təsdiq edə bilərəm. Hazırda onların cəsədləri Kinşasadakı morqa təhvil verilib", - deyə diplomat bildirib.