Kosmik teleskop 17 asteroiddə su aşkarlayıb


Digərləri 22 Dek 2018 08:21:00 572 0

Kosmik teleskop 17 asteroiddə su aşkarlayıb

Yaponiyanın Kobe Universitetinin tədqiqatçılar qrupu "Akari" infraqırmızı peykindən istifadə edərək ilk dəfə 17 asteroiddə hidratlaşdırılmış şəkildə olan minerallar aşkarlayıb.

Son.az ICTnews-a istinadən bildirir ki, kəşf Günəş sistemində suyun paylanmasını, asteroidlərin təkamülünü və Yerdə suyun mənşəyini anlamağa kömək edəcək. Bu yaxınlarda keçirilən tədqiqatlar göstərib ki, Günəş sisteminin göy cisimlərində bu və ya digər formalı su mövcuddur. Hesab olunur ki, asteroidlər Yerə su gətirən obyektlərdir. Alimlərin sözlərinə görə, su asteroidlərin səthindən axmasa da, onlarda suyun və susuz süxurların kimyəvi reaksiyaları nəticəsində yaranan hidratlaşdırılmış minerallar (kristalhidratlar) şəklində mövcuddur. Hidratlaşdırılmış minerallar hətta su buzunun yüksək sublimasiya temperaturunda dəyişməz qalır.