Beynəlxalq Muğam Mərkəzində klassik musiqi konserti keçirilib


Digərləri 22 Dek 2018 08:28:00 790 0

Beynəlxalq Muğam Mərkəzində klassik musiqi konserti keçirilib

Muğam Mərkəzində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının "Sabah" qrupu tələbələrinin ifasında möhtəşəm klassik musiqisi konserti keçirilib.

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının "Sabah" qrupu 2015-ci ildə yaranıb.

Fəaliyyət göstərdiyi az müddət ərzində Bakı Musiqi Akademiyasının "Sabah" qrupunun tələbələri İspaniya, Rusiya, Türkiyə, Avstriya, Macarıstan, Bolqarıstan, Polşa və Almaniyada keçirilən bir çox Beynəlxalq müsabiqələrdə iştirak edərək həmin müsabiqələrin laureatları adlarına layiq görülüblər.

Dünən Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının "Sabah" qrupunun tələbələri Beynəlxalq Muğam Mərkəzində konsert proqramı ilə çıxış ediblər.

Konsertdə Dmitri Şostakoviç, Frederik Şopen, Robert Şuman, Serqey Raxmaninov, Ferens List, Arif Məlikov, Vaqif Mustafazadə və digər məşhur xarici və Azərbaycan bəstəkarlarının əsərləri səslənib.