Yaxşı dizaynı pisdən ayıra bilmək üçün


Digərləri 22 Dek 2018 08:11:00 394 0

Yaxşı dizaynı pisdən ayıra bilmək üçün

Bir çoxları elə bilirlər ki, dizayn subyektiv anlayışdır və "hərənin öz zövqü var". Amma əslində bu belə deyil. İnsanlar tez-tez dizayn ilə incəsənəti qarışdırırlar. "Design" sözünü görəndə beyinlərində "Art" səslənir, sinonimləşdirirlər. Buna görə də çox vaxt birinin xüsusiyyətlərini digərinə aid edirlər.

Son.az technote.az-a istinadən bildirir ki, incəsənət subyektivdir, bu demək olar ki, heç bir qaydası olmayan bir oyundur. Dizayn isə başqa anlayışdır, adicə bu sahə üçün hər-hansı prinsiplərin tərtib edilməsi, artıq bu oyunun öz dəmir qaydalarının olması barədə xəbər verir. Və əgər qaydalar varsa, deməli o qaydalara riayət etməyəni pis iş görmüş hesab edirik və dolayı yol ilə dizayn subyektivlik çərçivəsindən çıxmış olur. Amma biz dizaynın 100% obyektiv olmasını da deyə bilmərik. Hər zaman və hər bir yaradıcılıq tələb edən işdə şəxsi seçim məsələsi və yaradıcının aid olduğu mədəniyyət və təcrübə məqamları işə təsir edir.

Kiçik bir subyektivlik hissəciyinin olması demək deyil ki, siz yaxşını pisdən ayırd edə bilməyəcəksiz. Bu sadəcə o deməkdir ki, ilkin təəssürat zamanı və istifadəyə başlayana qədər siz yalnışlıqla bərbadı əla və mükəmməl olanı əksinə bərbad zənn edə bilərsiniz ("önyarqı" məsələsi). Gəlin bir nümunə üzərindən işləyək:

Filip Ştarkın (Philippe Starck) yaratdığı məhşur Juicy Salif şirəsıxanı.

Məncə hərkəs razılaşacaq ki, bu çox zövqlü bir dizayndır. İdeal görsənir. Lakin əsas sual budur: İşləyirmi?

Cavab: Xeyr.

 - Niyə?

Çünki onun çoxlu funksional problemləri var. Heç sadalamayacağam da (Sadəcə Amazon-da axtarıb rəyləri oxuya bilərsiniz, çox maraqlı hətta gülməli şərhlər var). Qısa olaraq, o heç əsas məqsədini də yerinə yetirə bilmir - meyvədən şirə sıxa bilmir.

Nəticə - cəlbedici görkəm yaxşı dizayn demək deyil. Görünüşün dərinliklərini anlamaq üçün Jose Torre-nin tərtib etdiyi 6 prinsip barədə danışacağıq. Bu qaydalardan istifadə edərək siz pis dizaynı yaxşı dizayndan ayırd edə biləcəksiniz.

Az öncə danışdığımız şirəsıxandan artıq bilirsiniz ki, ilk qayda hansı olacaq...

DİZAYNER OLMAQ İSTƏYİRSƏN?

1. Dizayn effektivdirmi? 

Dizayn mövcud problemi həll etmək üçün yaradılır. Narahat veb-sayt, dəqiq auditoriya üçün məhsul və ya yeni biznes, hansınaki logo lazımdır - problem/məqsəd nə istəsən ola bilər.

Bu o bənddir ki, biz dizaynın nə dərəcədə yaxşı olmasını müəyyən edirik. Əgər dizayn bu bəndə müsbət cavab vermirsə ardını heç müəyyənləşdirməyə gərək yoxdur. Çünki bu halda dizayn heç yaradılma məqsədin yerinə yetirmir.

Çox vaxt məhz bu məqam dizayner ilə müştəri arasında mübahisə yaradır. Dizaynerlər problemi tam dərk etmədən işə keçirlər və öz portfoliolarında qəşəng görünəcək bir həll yaratmağa başlayırlar. Onlar başa düşmürlər ki, dizayn müştərinin problemini həll etmək üçün yaradılır, yaradıcının vitrini üçün yox.

Dizaynın effektiv olması üçün həm müştərinin həm də müştərinin istifadəçisinin problemini anlayıb hətta eyni problemi yaşamaq lazımdır. Dizaynerlər işə başlayanda durmadan "Nə üçün?" sualını verməlidirlər. Bu sual danışıqlar zamanı nə qədər çox səslənsə son məqsəd bir o qədər aydın formalaşacaq. Hərdən müştəri bir xahiş ilə müraciət edir və suallara cavab verdikcə anlayır ki, əslində ona tamamilə başqa bir həll lazımdır. Yalnız bu cür sual-cavablardan sonra köməyin ehtiyaca düzgün cavab verə bilməsini müəyyən etmək olar.

Əgər dizayn effektivdirsə, növbəti bəndə keçə bilərik.

2. Dizayn lazım olan tondadırmı?

Tonu müəyyən etmək üçün iki məqama dəqiq cavab lazımdır: Brend və Auditoriya.

Brend

"Brend" terminini adətən biznesə aid edirlər, amma söz təkcə bununla sərhədlənmir. Brend daha çeşidli bir anlayışdır, hətta bizim hər-birimizin öz şəxsi brendi də var. Sizin brend - ətrafınızdakıların sizi necə birisi kimi tanımasıdır. Elə şirkət və digər məqamlarda da eyni yanaşma istifadə olunur.

Yaxşı dizayn şirkətə öz brendini idarə etmək imkanını verir, ictimai düşüncəni şirkətə lazım olan tərəfə çəkmək üçün işləyir.

Auditoriya

Şirkət auditoriyası (targeti) dəhşətli böyük kütlələrdən kiçik bir kütləyə qədər dəyişkən rəqəm ola bilər. Əgər dizayner şirkətin hədəflədiyi auditoriyanı dəqiq tanıyırsa, burada sadəcə həmin auditoriyaya nəyin uyğun olmasını müəyyən etmək qalır.

Ümumilikdə, auditoriya nə qədər genişdirsə, dizayn bir o qədər sadə və aydın olmalıdır. Ona görə də biz görürük ki, şirkətlər böyüdükcə öz "ruhunu" itirirlər. Bu ona görə baş verir ki, kiçik auditoriya üçün işləyən "variantlar" böyük auditoriyalarda yalnışanlaşılma yarada bilərlər. Bu davranışları böyük auditoriyalara çatmaq üçün qurban verirlər. Sizin auditoriya kiçik olanda isə bu "variantlar" əksinə sizin xeyrinizə işləyir.

Real nümunə üçün gəlin McDonalds ilə lokal bir burgerxananı müqayisə edək. Onlar eyni məhsulu fərqli cür satırlar. Lokal burgerxana dizaynda müasir həllərdən istifadə etməklə yenilik axtarışında olan insanları cəlb edir. Bir siz Bauron-un saytındakı illustrasiyalara baxın.    Digər tərəfdə isə McDonalds - O öz müştəriləri ilə daha asan formada ünsiyyətə keçir, daha geniş auditoriyaya xitab edir, heç kəsi xüsusiləşdirmir və heç kəsə etiraz etmir.

3. Bu dizayn zaman yoxlamasından keçə bilirmi?

Yaxşı dizayn zamandan asılıdır. Əslində hər kəs zamandan asılı olmayan bir dizayn istəyir. İstəyir ki, heç vaxt köhnə görünməsin. Amma bu yanaşma həmişə düzgün olmur və hətta bəzi hallarda ümumiyyətlə mənfi işləyir. Hər şey dizaynın məqsədi və bu məqsədin həyat müddətindən asılıdır.