Tramp hökumətin işini uzun müddət dayandırmağa hazırdır


Dünya 22 Dek 2018 08:10:00 272 0

Tramp hökumətin işini uzun müddət dayandırmağa hazırdır

ABŞ-ın Prezident Administrasiyası hökumətin işini uzun müddət qismən dayandırmağa hazırdır. Bu, Senatın gələcək maliyyələşdirmə haqqında qətnaməni qəbul etməyəcəyi təqdirdə, artıq 22 dekabr tarixindən başlaya bilər.

Son.az "Report"a istinadən bildirir ki, bunu ölkə prezidenti Donald Tramp cümə günü Ağ evdə jurnalistlərə deyib.

"[Hökumətin işinin] dayandırılıb-dayandırılmayacağı Demokratlar Partiyasından asılıdır", - deyə o bildirib.

"Ola bilsin ki, dayandırılsın. Mən deyərdim ki, dayandırılma şansı çox böyükdür", - deyə Ağ ev rəhbəri əlavə edib.