Azərbaycana qış fəsli daxil olub


Digərləri 22 Dek 2018 07:29:00 688 0

Azərbaycana qış fəsli daxil olub

Azərbaycana qış fəsli daxil olub.

Son.az "Report"a istinadən bildirir ki, qış fəsli Bakı vaxtı ilə saat 02:22-də gəlib. Bu gün Şimal yarımkürəsində ən uzun gecə, ən qısa gündüz yaşanır. Cənub yarımkürəsində isə bu gün, əksinə olaraq ən qısa gecə, ən uzun gündüz qeydə alınacaq.

Xatırladaq ki, qış fəslinin gəlişi zamanı Günəş üfüqdən ən minimum nöqtədə olur. Günəş şüalarının istiqaməti ilə yerin fırlanma oxu ən böyük bucaq əmələ gətirir. Bu səbəbdən də, bu fəsildə soyuq hava şəraiti müşahidə olunur.